Məktəblərdə Omikron təhlükəsi - NAZİRLİK HƏRƏKƏTƏ KEÇDİ
Təhsil Nazirliyi koronavirusun yeni ştamı Omikronun sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib.
APA TV xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Məktəblərin ümumilikdə bağlanmasına səbəb olacaq problem yoxdur”.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü