Mehriban Əliyeva Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib.
APA TV-nin xəbərinə görə, təbrikdə deyilir:
“Əziz Fatma xanım!
Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!
Dərin hörmətlə,
Mehriban”
OXŞAR XƏBƏRLƏR
16:29
604
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
601
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1168
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
944
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
897
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1768