Mehriban Əliyeva: “Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq”
"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!"
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsindəki paylaşımında bildirib.
I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: "Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"
OXŞAR XƏBƏRLƏR
11:43
822
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
812
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
852
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1311
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1900
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1912