Məhkəmə sabiq icra başçıları barədə qərar verdi
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov məhkəmə qarşısına çıxarılıb.
APA TV-nin məlumatına görə, Səbail rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə hər üç şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yuxarıda adı çəkilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək