Medvedevin verdiyi medalı poçtla geri göndərdi
Amerikalı astronavt Skott Kelli Rusiyanın ona verdiyi medaldan imtina edib.
APA TV xəbər verir ki, bu barədə məlumatı astronavt özünün "Twitter" hesabında paylaşıb.
“Cənab Medvedev, mənə təqdim etdiyiniz “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını sizə qaytarıram. Xahiş edirəm, onu bu ədalətsiz müharibədə oğlu həlak olan rus anaya verin. Medalı poçt vasitəsilə Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərəcəm. Uğurlar”, - deyə Kelli qeyd edib.
Qeyd edək ki, “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını Kelliyə 2011-ci ildə Rusiyanın o dövrdəki Prezidenti Dmitri Medvedev təqdim etmişdi.
OXŞAR XƏBƏRLƏR
17:12
735
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
812
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
766
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1726
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2026
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1278