MEDİA 6 günlük seminarlara başladı
Medianın İnkişaf Agentliy (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminar tədbirinin açılışı olub.
Seminar açılış mərasimində çıxış edən “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ilk seminarların təşkil edilməsindən və onların əhəmiyyətindən danışıb.
Universitetin prorektoru Fariz İsmayılzadə isə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin gətirdiyi uğurlardan söz açıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək Agentliyin əsas vəzifələrindədir.
Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq.
SƏİDƏ ŞƏFİYEVA MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏTBUAT KATİBİ
“Bu silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır”.
Prezident Administrasiyasının Kommunikasiya siyasəti Sektorunun müdiri Cavid Musayev bildirib ki, Medianın İnkişafı Agentliyinin təsis olunduğu gündən etibarən media sahəsinin inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilir.
Seminar 6 gün davam edəcək.
Nərmin Murad
Fariz Quliyev
APA TV
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir