Mədəniyyət və incəsənət xadimləri mükafatlandırılıb
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Muzey Mərkəzində mədəniyyət və incəsənət xadimləri mükafatlandırılıblar. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bu günün əlamətdar gün olduğunu bildirib: “Cənab prezidentin imzası ilə təqdim olunan yüksək mükafatların təqdimat mərasimi keçirilir bu gün. Və hesab edirəm bu gün çox əlamətdar bir gündür. Çünki ölkəmizdə bir neçə gündən sonra başlanacaq növbəti teatr və konsert müəssisələrinin mövsümü ərəfəsində keçən yay və yaz aylarında cənab prezident tərəfindən imzalanmış sərəncamların icrasını bu gün həyata keçirəcəyik. Bizim çoxlu sayda görkəmli incəsənət və mədəniyyət xadimləri müxtəlif adlara layiq görülüb və bu proses davam edəcək. Çünki Azərbaycan xalqının yaradıcılıq potensialı tükənməzdir”. Ə.Qarayev qeyd edib ki, sentyabrın 14-dən teatr və konsert mövsümü başlayır. Onun sözlərinə görə, mövsüm dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan musiqi festivalı ilə açılacaq. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İkinci Nəsimi festivalı başlayacaq. Daha sonra mükafatlar nazir tərəfindən təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."