Mayın sonuna qədər Bakı ilə İrəvan arasında sülh sazişi imzalanacaq?
“ABŞ Ermənistana tezliklə Azərbaycanla müqavilə imzalanması üçün təzyiqlər edir.”
Bu barədə İrəvanın “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, rəsmi Vaşinqton Ermənistandan mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini tələb edir.
Qeyd olunub ki, sənədin layihə variantını bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana və Bakıya səfəri zamanı özü ilə gətirib.
“Sənədin təfərrüatları məlum deyil, lakin bəzi məlumatlara görə, o, Ermənistan Respublikasının maraqlarına cavab vermir”, - deyə “Hraparak” yazır. O da qeyd olunub ki, Bakının növbəti təkliflər paketi İrəvana göndərilib, lakin bir neçə həftədir ki, Ermənistan tərəfi cavab vermir.
Qeyd edək ki, Rusiyanın iştirakı ilə 2020-ci ildə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, son zamanlar Qərb platformalarında, xüsusən də Vaşinqtonun iştirakı ilə yekun sülh sazişi ilə bağlı müzakirələr tez-tez baş verir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi