Maskasız sərnişinlər dəmir yolu stansiyalarına buraxılmayacaq
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
APA TV xəbər verir ki, bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.
Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək:
"Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".
OXŞAR XƏBƏRLƏR
11:43
2165
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2142
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2222
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1446
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2027
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2055