Maskalı şəxs oğurluğa girdiyi evi yandırmağa cəhd etdi
Tovuz rayonunda maskalı şəxs ev sahibini hədələyərək qızıl və pul aparıb.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
İlkin məlumata görə, ev sahibi Anar Süleymanovun evdən getdiyini gördükdən sonra evə yaxınlaşan bir nəfər özünü su idarəsinin işçisi kimi təqdim edib. O, evə daxil olduqdan sonra qapını açan ev sahibinin həyat yoldaşına fiziki güc tətbiq edərək qızılların və pulun yerini soruşub.
Qadın bundan imtina etdiyi üçün maskalı şəxs onun evdə olan azyaşlı oğlunu boğmaqla hədələyib. Bu zaman qadın evdə olan müəyyən məbləğdə pulun və qızılın yerini deyib.
Nəticədə naməlum şəxs evdən qızıl və müəyyən miqdarda pulu götürüb. Gedərkən isə məktub yazaraq ev sahiblərini ölümlə hədələyib, izi itirmək üçün isə evi yandırmağa cəhd edib.
Əraziyə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.
Fuad Nazimoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."