Maşın aşdı, ailə ölümdən döndü - SƏBƏB

Bakı-Qazax magistralında avtomobil aşıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.

Gürcüstandan Bakıya gedən “Honda” markalı 99 AU 653 dövlət nömrə nişanlı avtomobilin ön təkərlərindən biri partlayıb. Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq bir-neçə dəfə yuvarlanıb.

Yararsız vəziyyətə düşən avtomobildəki bir ailənin 5 üzvü müxtəlif xəsarətlər alıb. Hadisə yerinə təcili yardım briqadası gəlib, xəsarətlər yüngül qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR