Maşın ağaca çırpıldı - ÖLƏN VƏ XƏSARƏT ALAN VAR
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Eysan Nemət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb. Hadisə zamanı sürücü E.Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Xələfov Səbuhi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
Elvin Paşazadə
APA TV
OXŞAR XƏBƏRLƏR
17:21
1367
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1410
Növbəti köç karvanları yola salınıb
13:38
1419
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
979
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1107
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3017