Masazırda 15-ə yaxın mənzildən oğurluq edən dəstə saxlanılıb
Masazırda 15-ə yaxın mənzildən oğurluq edənlər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Abşeron polisinin keçirdiyi əməliyyat zamanı həmin mənzilləri qarət edən dəstə ələ keçirilib.
Belə ki, Balakən rayonunun Şambul kənd sakini, 43 yaşlı Sərdar Bəyoğluyev tanışı, Bakı şəhər sakini, 40 yaşlı Rövşən Abdullayev və Ağdam rayonunun Seyidli kənd sakini, 48 yaşlı Soltan Məmmədovla qabaqcadan əlbir olaraq Abşeron rayonunun Masazır kəndində ümumilikdə 15-ə yaxın mənzildən oğurluq ediblər.
Dəstə üzvləri mənzillərdən məişət və elektrik avadanlıqları, su nasosu, televizor, təmir-tikinti alətləri aparıblar. Hər üç şəxs tutularaq polis idarəsinə aparılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
2195
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2169
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2251
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1448
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2029
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2057