Masallıda yol qəzasında 2-si azyaşlı olmaqla 5 nəfər xəsarət alıb
Masallıda qəza baş verib, xəsarət alanlar var.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Ümid Tağıyevin idarə etdiyi "Hundai" markalı avtomobil ilə Çaxırlı kənd sakini, 1973-cü il təvəllüdlü Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan sürücü ilə birgə sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova və 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar