Masallıda taxıl sahəsini xüsusi qurğu ilə yandırdılar
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, iyunun 30-da Masallı rayonunun Qəriblər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkar edilməsi barədə məlumat daxil olub. İdarənin əməkdaşları tərəfindən hadisə yerində qurğuya baxış keçirilərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyən edilib ki, bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi