Masallıda minik maşınları toqquşdu – İKİ ÖLÜ, İKİ YARALI VAR
Masallıda 3 maşın toqquşub, 2 nəfər dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Zaur Talıbov “KIA” markalı avtomobillə əks istiqamətə çıxaraq ötmə əməliyyatını edərkən 2001-ci il təvəllüdlü Ümid Əşrəfova məxsus “Mercedes”lə toqquşub.
Zərbənin təsirindən “Mercedes” markalı avtomobil əks yola çıxaraq rayonun Qodman kənd sakini, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107”-yə çırpılıb.
Qəza nəticəsində Kənan Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağan Alışov hadisə yerində ölüb.
"VAZ 2107"-də olan digər sərnişinlər, 1955-ci il təvəllüdlü Tahirə Əliyeva və 1974-cü il təvəllüdlü Hədiyyə Əliyeva isə ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı