Masallıda mağazadan oğurluq edən əmioğlular yaxalandı
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları mağazadan oğurluq edən iki əmioğlunu saxlayıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı şəhər sakini polis şöbəsinə müraciət edərək ona məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin - rayon sakinləri Elvin Kərimov və onun əmisi oğlu, əvvəllər məhkum olunmuş Bəxtiyar Kərimovun oğurluq etdikləri məlum olub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:45
444
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
456
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
990
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
890
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
857
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
902