Masallıda kürəkən qaynı tərəfindən öldürüldü
Masallıda 32 yaşlı kişi keçmiş qaynı tərəfindən qətlə yetirilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Kənan Bəyoğlanlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü Malik Şiriyevi bıçaqlayaraq öldürüb.
Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib, bu gün günorta saatlarında isə Ərkivan qəsəbə qəbiristanlığında dəfn edilib.
Qəsəbə sakinlərinin sözlərinə görə, mərhum Malik Şiriyevin cinayəti törədən Kənan Bəyoğlanlının bacısı ilə rəsmi nikahı olsa da, bu il karantin rejiminin qaydalarına görə, toyları təxirə düşüb. Sonradan boşanmaq qərarına gələn cütlüyün işi məhkəmədə imiş.
Faktla bağlı cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"