Masallıda koronovirusla bağlı maarifləndirmə işləri davam edir
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bu günlərdə Masallı rayonunda əhalinin daha sıx olduğu ərazilərdə, poçt məntəqlərinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 300-ə yaxın tibbi maska və əlcək paylanıb, xüsusi karantin rejiminin tələbləri izah edilib, ara məsafələrin qorunması xatırladılıb.
Eyni zamanda Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayondaxili hərəkət edən marşrutlarda sıxlığın yaranmaması və sosial izolyasiya tədbirlərinə riayət olunması məqsədilə davamlı iş aparılır, sürücülərə tibbi əlcək və maska paylanır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi