Masallıda koronovirusla bağlı maarifləndirmə işləri davam edir
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallıda mobil qruplar yaradılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon icra aparatının və polis şöbəsinin rəhbərliyi ayrı-ayrı vətəndaşlar arasında təbliğat işləri aparacaq mobil qrupların üzvləri ilə görüşüb. Onlara əhalinin maarifləndirilməsi üçün tövsiyə və tapşırıqlar verilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun mərkəzi park və küçələrində sakinlərlə fərdi qaydada söhbətlər aparıb. Xüsusi karantin rejiminin tələblərinə tabe olmağın vacibliyi və məsələnin ciddiliyini vurğulayıb. Bu günlərdə zəruri hallar istisna olmaqla evdən çıxmamağı məsləhət görüb. Həmçinin sakinlərə spirt və maskalar paylanılıb.
Qeyd edək ki, yerli əhalinin evdə qalması və xüsusi karantin rejiminin tələblərinə tabe olması üçün Masallıdakı məscidlərdən səsucaldıcı vasitələrlə gün ərzində bir neçə dəfə çağırışlar edilir. İcra aparatının tərkibində 62 mobil qrup yaradılıb. Bu qruplar tərəfindən gündəlik olaraq rayonunun yaşayış məntəqələrində, əhalinin kompakt toplaşdığı yerlərdə müvafiq işlər görülür. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Bu məqsədlə xüsusi karantin rejimi tətbiq olunandan bu günə kimi 38 minə yaxın evdə yaşayan 170 mindən çox sakinlə görüşülüb.
Təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir