Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb
Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə Masallıda saxlanılıb. Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.
Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında olan sərnişin, spirtli içki qəbul etmiş Cəlilabad rayon sakini, karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək, öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı