Masallıda dəhşətli qəza: 8 ölü – TOYA GEDƏN İKİ AİLƏ MƏHV OLDU
Masallıda dəhşətli yol qəzası baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu “Mercedes Vito” markalı 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KamAZ"la toqquşub.
Qəza nəticəsində 8 nəfər ölüb, 1 sərnişin - Lerik rayonunun Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yol qəzasında həlak olanlar Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Gültac Ələkbər qızı Məmmədova (1996), Aytac Ələkbər qızı Məmmədova (1995) və Elgün Ələkbər oğlu Məmmədovdur (1997).
Ölən 8 nəfərdən 6-sı iki ailənin üzvləri, digərləri qohumdur. Onlardan 2-si qadın, 3-ü kişi, 2-si məktəbli, 1-i isə azyaşlıdır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."