Masallıda ağır qəza: sürücü öldü
Masallıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəza rayonun Təzə Alvadı kəndində qeydə alınıb.
Kənd sakini - 1988-ci il təvəllüdlü Elmar Orucəli oğlu Səfərovun idarə etdiyi 90-EN-281 dövlət qeydiyyat nömrə nişanlı "Cherry" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Ağır xəsarət alan sürücü huşsuz halda Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb: “Yaralı təxminən saat 23:00 radələrində ağır, huşsuz vəziyyətdə - qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi və beyin əsasının sınığı diaqnozu ilə daxil olub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ertəsi gün keçinib”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1467
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1338
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1344
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
946
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
904
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
922