Masallıda 84 yaşlı kişini avtomobil vurub
Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Samir Nurəliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 84 yaşlı Nurəddin Bağırovu vurub. Dərhal sürücü yaralını Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralıya ilkin tibbi yardım gösdərilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Nurəddin Bağırovun həyatını xilas etmək mümkün olmayıb. 84 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA-TV Masallı
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə