Masallıda 40 uşaq təhlükə ilə üz-üzə
Masallı rayonunun Xırmandalı kənd uşaq bağçasının binası qəzalı vəziyyətdədir. Üstəlik müəllimlər öz vəsaitləri hesabına içməli su alırlar. Bağça 1981-ci ildə tikilib, istifadəyə verilib. Vaxtilə bağça iki korpusdan ibarət olub. Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb. Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir. Qışda otaqları odun peçi ilə qızdırırlar. Böyük olduqlarına görə bəzən otaqlar tam qızmır. Bağçanın ən böyük problemlərindən biri də içməli və məişət suyu problemidir. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar. Bu da onlara ay ərzində təqribən 100 manata başa gəlir. Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda bağçada 40 uşaq olmaqla, iki qrup fəaliyyət göstərir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Masallı
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi