Masallıda 27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb
Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb.
Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bıçaq xəsarəti alan Zəhra Əzizova boğaz nahiyəsindən əməliyyat olunub. Vəziyyəti stabildir, orta-ağır qiymətləndirilir. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.
Keçmiş arvadını bıçaqlayan Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, tərəflər 1 ildir ki, boşanıblar. 3 övladlarından 2-si ata, 1-i isə ana ilə qalır.
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib