Masallı Sənaye Məhəlləsində yanğın-taktiki təlimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallıda yerləşən “Masallı Sənaye Məhəlləsi"ndə yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən APA TV-yə verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd istehsalat sahəsində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı, Cəlilabad və Lənkəran rayonu üzrə qüvvələri cəlb olunub.
Təlim zamanı istehsalat sahəsində baş vermiş şərti yanğınla əlaqədar yanğınsöndürmə qüvvələri operativ olaraq hadisə yerinə cəlb olunub, qısa müddətdə “yanğının söndürülməsi və zərərçəkmişlərin təxliyəsi” həyata keçirilib.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə