Marşrut avtobusları “Sovetski”də ilişib qaldı
Bu gün saat 14 radələrindən etibarən Bakının mərkəzi hissələrində sərnişindaşıma xidməti göstərən 65 saylı marşrut xəttinə məxsus avtobuslar “Sovetski” adlanan ərazidə qalıb.
Bu barədə "Qafqazinfo" məlumat yayıb. Daşıyıcı şirkətdən bildirilib ki, Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı iritutumlu avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət 1 saata yaxındır tamamilə dayanıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.
OXŞAR XƏBƏRLƏR
19:20
339
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
343
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
382
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
362
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1175
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1090