Maria Fernande Espinosa: “Bu gün qadınlar Ukrayna məsələsində daha aktivdir”
“Biz bu gün Qlobal Bakı Forumunda zamanımızın ən böyük cins, etnik, ayrıseçkiliklərini müzakirə edirik”. APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 73-cü sessiyasının sədri Maria Fernande Espinosa deyib. “Biz bu gün Qlobal baku formunda zamanımızın ən böyük cins, etnik, ayrıseçkiliklərini müzakirə edirik” deyə o bildirib. “O cümlədən, biz dünya üzrə sosial bərabərliyi də müzakirə etdik. Çünki, dünya özü özülüyündə paylaşa bilmir. Gərək bunları biz edək. Dünyada kasıb və varlı insanların olması qeyri-bərabərlikdir. Daha sonra dünyamızı gözləyən təhlükə olan iqlim böhranını da müzakirə etdik. İqlim böhranı ilə əlaqədar imzalanmış razılıqları xüsusən də Paris sazişini xatırlatdıq. Bu gün dünyada insan haqları xüsusən də gendər bərabərliyi böyük problemlərdir. Düşünürəm ki hətta bəzi regional siyasi böhranlarda qadınların mövqeləri də tətbiq olunsun. Qadınlar bu gün Balkan ölkələrindəki eləcə də Ukrayna məsələsində daha aktivdirlər. Çünki, hamımız bilirik ki, qadınların bu proseslərdə iştirakı sülhü daha davamlı edir”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi