Maqnit qasırğası başlayır - CİDDİ XƏBƏRDARLIQ

Ölkə ərazisində maqnit qasırğası gözlənilir.

APA Tv-nin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bu barədə xəbərdarlıq edib. Sentyabrın 26-dan 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi proqnozlaşdırılır. Planetlərarası maqnit sahəsində güclü həyəcanlanma gözlənilir. Geomaqnit sahədə ilk gün - sentyabrın 26-da ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi effektinin təsirindən sentyabrın 27-də günortadan sonra qeyri-sabitlik artacaq, sentyabrın 28-də isə zəifləyəcək.

Maqnit qasırğası enerji sisteminə və peyk yayınlarına, radiorabitəyə - həmçinin canlı orqanizmlərə mənfi təsir edir. Xəstə, hətta bəzi sağlam insanlarda baş ağrısı və miqrenin yüksəlməsi halları, yuxusuzluq, stres və depresiya meydana gətirə bilər.

Belə günlərdə qan təzyiqini vaxtaşırı ölçmək, çoxlu su içmək, kofein və spirtli içkilərdən imtina etmək, kompüter qarşısında və mobil qurğularla az vaxt keçirmək, ağır iş yükünü azaltmaq lazımdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR