Madaqasqarda polislə toqquşmada 11 nəfər ölüb
Madaqasqarda polisin kütləyə atəş açması 11 nəfərin ölümünə səbəb olub. APA-nın Bild nəşrinə istinadla xəbərinə görə, ölkənin cənubundakı İkonqo şəhərində 1 həftə əvvəl bir uşağın oğurlanması ilə başlayan gərginlik davam edir. Polis hadisə ilə bağlı 4 nəfəri həbs edib. Bu gün yerli əhali polis idarəsinin qarşısına yığışaraq saxlanan şəxslərin onlara təhvil verilməsini tələb edib. Tələb rədd edildiyi üçün küt alət və soyuq silahla silahlaşmış şəxslər polis idarəsinə və kazarmaya hücum edib. Danışıqlar nəticəsiz başa çatdığı üçün güc strukturları silah tətbiq edib. Hadisə nəticəsində 11 nəfər ölüb, qırxadək adam xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR
18:25
729
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
831
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
732
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1154
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1064
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
965