"Lotu Quli"nin Bakıdakı ən yaxın adamı həbs edildi
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, V.Əliyev krimal avtoritet olub. O, kriminal aləmdə "Vüsal Şestoy" ləqəbi ilə tanınıb. "Lotu Quli" və onun qardaşı Namiqlə yaxın əlaqələri olan V.Əliyev Bakının 6-cı mikrorayonunda vəziyyətə baxırmış.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib