Lotodakı rəqəmləri “ChatGPT”-dən soruşub pul uddu - Yeni asan qazanc mənbəyi
Taylandda Bunrin adlı bir nəfər süni intellektdən, yəni “ChatGPT”dən istifadə edərək lotoreyada pul udub. Bu barədə yerli mətbuatda məlumat dərc edilib. Qeyd olunub ki, udan şəxs özünün sosial şəbəkə hesabında video çəkərək məlumat verib.
O, əvvəlki illərdən bəzi qazanan nömrələri sistemə aləva edərək çatbotdan 57, 27, 29 və 99 nömrələrini aldığını deyib.
Məlumatda qeyd olunub ki, şəxsin udduğu mükafat 59 ABŞ dollarıdır.
Saytda o da qeyd olunub ki, insanlar bu yolla asan qazanc əldə etməyə nail ola biləcəklər.
Sitat: “Ekspertlər bildirirlər ki, insanın sadəcə süni intellektdən istifadə etməklə şanslı ola bilməsi viral olacaq və bir çoxları bu yoldan istifadə edərək asan pul qazana biləcəklər. Şübhəsiz ki, bir çoxları Bunrinin uğurunu bəlkə də daha böyük pul udmaqla təkrarlayacaq. Sitatın sonu
Saytda o da qeyd olunub ki, bu hal təkrarlanarsa, lotereya şirkətlərinə ciddi zərər dəyəcək.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib