Londonda “Erməni təcavüzünə son” şüarı ilə aksiya keçirilib
Londonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı həyata keçirdiyi terrora etiraz olaraq, Britaniya Baş Naziri Boris Consonun ofisinin qarşısında, 10 Downing Street ünvanında aksiya keçiriblər.
APA TV-nin Britaniya bürosunun verdiyi xəbərə görə, aksiyada Azərbaycan və türk icmaları, güney azərbaycanlılar, Britaniya vətəndaşları iştirak ediblər.
Onlar Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Gəncədə mülki vətəndaşların, yaşayış məntəqələrinin, mülki obyektlərin hədəfə alınmasını, atəşə tutulmasını pisləyib, vətəndaşlarımızın hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Aksiya iştirakçıları əllərində Gəncədə raket atəşi nəticəsində həyatını itirən şəxslərin adlarının yazıldığı plakatları tutaraq onları yad ediblər. Nümayişə qatılanlar onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra aksiyada “Qarabağ Arbaycandır!”, “Erməni təcavüzünə son” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirilərək Boris Consonun və Britaniya ictimaiyyətinin mülki vətəndaşların öldürülməsinə səssiz qalmaması barədə çağırış edilib.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub