Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib
Liz Trass iqamətgahı qarşısında ilk dəfə çıxış edib. APA-nın Britaniya bürosunun xəbərinə görə, Böyük Britaniyanın yeni baş naziri “Dauninq Strit” küçəsindəki Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edib. O bildirib ki, Britaniya ictimaiyyəti dəfələrlə cəsarət və qətiyyət nümayiş etdirib və indi Ukrayna müharibəsinin həmçinin COVID virusunun yaratdığı qlobal problemlərlə üzləşir. Liz Trass bildirib ki, vergilərin azaldılması və islahatlar yolu ilə iqtisadiyyatı inkişaf etdirmək üçün cəsarətli planı var. O, Böyük Britaniyanın işləməsi, qurulması və böyüməsi üçün öz missiyasında islahatlar aparacağını da əlavə edib. Qeyd edək ki, bu gün Liz Trass Kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gedib və Kraliçanın yeni hökumətin qurulması ilə bağlı rəsmi müraciətindən sonra o, Böyük Britaniyanın baş naziri olub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."