Litva Respublikasının Prezidenti Gitanas Nausedanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycana rəsmi səfərə gələn Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.
APA TV xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verdi.
Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçdi.
Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko