Limanda PARTLAYIŞ: Rusiya hərbçiləri Ukrayna taxılı ilə yüklənmiş 5 gəmini oğurladı
Rusiya Federasiyasının nəzarətə keçirdiyi Berdyansk limanında Qara dəniz donanmasının "Orsk" adlı iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.
APA xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" Silahlı Qüvvələrdəki mənbələrinə istinadən məlumat yayıb.
Yerli sakinlər "Ukrainskaya Pravda"ya bildiriblər ki, limanda gəmilər yanır. Bundan sonra Silahlı Qüvvələr gəminin məhv edildiyini təsdiqləyib.
Sosial şəbəkələrdə bir gəminin batdığını, daha ikisinin yandığını, onlarla yanaşı silah-sursat anbarının, yanacaq çənlərinin də sıradan çıxdığını yazırlar.
Regional Dövlət Administrasiyası gəminin səhər saat 7-də məhv edildiyini bildirib.
Daha iki gəmi zədələnib, 3 min ton yanacaq çəni məhv edilib.
Bununla bağlı Lent.az saytı da Ukrayna KİV-ə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya hərbçiləri limanda olan Ukrayna taxılı ilə yüklənmiş beş gəmini oğurlayıblar.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir