Liftin şaxtasına yıxıldı, xəstəxanada öldü
Yanvarın 18-i 1968-ci il təvəllüdlü Arazxan Xankişiyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı A.Xankişiyevin Yasamal rayonu ərazisində inşa olunan “Dream Tower” yaşayış kompleksində fəhlə kimi işləyərkən liftin şaxtasına yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
16:23
578
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
606
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
541
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1140
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1096
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1086