“Lider” radiosunun tezliyi “Real FM”ə verildi
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan APA-ya verilən xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk məsələ olaraq ümumrespublika radio kanalının açılması üçün yanvarın 17-dən fevralın 17-nə kimi elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib. Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
Qeyd edək ki, radio kanalının açılması üçün elan olunan müsabiqə çərçivəsində 6 iddiaçı - “Xəzər TV” MMC, “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC, “ProMediaGroup” MMC, “Balans Studiyası” MMC Şuraya sənədlərini təqdim etmişdilər.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib