“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi
Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Elgün” ləqəbli qəssab saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda “Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.
Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti aşkar edilib.
Kəsilmiş leşi müayinə etmək üçün hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları polis tərəfindən dəvət edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək