“Leş Tofiq”dən sonra “Bala Tofiq” də ələ keçdi
Bərdə rayonunda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə əməliyyat keçirilib.
Agentlikdən APA TV-yə verilən xəbərə görə, daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “Bala Tofiq” ləqəbli, 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı vətəndaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yararsız və sümükdən ayrılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, indiyədək Azərbaycanda qanunsuz ət kəsimi ilə məşğul olan “Leş Tofiq” və “Leş Elgün” ləqəbli şəxslər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək