Lerikə istirahətə getmişdilər, zəhərləndilər – 3 ailənin istirahəti zəhərə döndü
Lerikdə gündəlik kirayə verilən evlərin birində istirahətdə olan Bakı şəhər sakinləri özləri gətirdikləri qidadan zəhərləniblər. Zəhərlənənlər 6 - sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər olublar. Onlar səhər saat 6 radələrində Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Zəhərlənənlərin 3 ailənin üzvləri olduğu bildirilir. Ehtimala görə onlar özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər. Zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub. Hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Qeyd edək ki, ailələr Lerikdən əvvəl Qəbələ rayonunda olublar. İlkin Rzayev Rövşən Almazoğlu Apa tv Lerik
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"