Lerikdə baş verən qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır
Dünən Lerikdə baş verən ağır qəza zamanı xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin müdiri Elgiz Baxşəliyev APA TV - nin cənub bürosuna açıqlama verib. Bildirib ki, xəstələrə ilkin yardım olunub və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan Şərafət Fərəcova və Şəfiqə Ağayevanın vəziyyətləri ağırdır.
Ümumilikdə xəsarət alanların ilkin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sınıqlar, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi ilə bağlı olub. Hazırda xəstələrin müalicəsi Lənkəran rayon mərkəzi xəstəxanasında davam etdirilir.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lerik, Lənkəran
OXŞAR XƏBƏRLƏR
19:50
477
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
507
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
483
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
916
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
925
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
920