Lənkəranın icra başçısının müavini vəzifəsindən azad edildi
Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, icra başçısı Taleh Qaraşovun müvafiq əmri ilə R.Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, bir neçə gündür Lənkəranın icra başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumat yayılıb.
Araşdırmalardan sonra fakt təsdiqini tapıb. Baş Prokurorluğun bu gün yaydığı açıqlamada həm Rasilə Arifqızı, həm də Yeganə Əskərova barəsində işlədikləri qurumlara müvafiq təqdimatlar göndərildiyi qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi