Lənkəranın bu məktəbində tualet də yoxdur
Lənkəran rayonunda şəhid Məmməd Fərzullayevin adını daşıyan Mamusta kənd orta məktəbinin nə sanitar qovşağı, nə su xətti, nə də normal bir kanalizasiya sistemi var.
Məktəbdə istilik sistemi tamamilə yoxdur. Odun sobalarından istifadə olunur. Otaqlar da o qədər genişdir ki, odun sobasının də istiliyə gücü çatmır. Sinif otaqları, pəncərələr və qapılar bərbad vəziyyətdədir. Binanın qəzalı vəziyyətdə olması isə dərsin keyfiyyətinə mənfi təsir göstərir.
Fin tipli məktəb binası iki korpusdan ibarətdir və bir növbəli fəaliyyət göstərir. Məktəbin direktoru tədris ocağındakı vəziyyətin ictimaiyyətin narazılığına səbəb olduğunu deyir.
Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev yaxın zamanlarda o məktəbdə əsaslı təmir aparılacaq.
Qeyd edək ki, məktəbdə 633 şagird təhsil alır. Hazırda şagirdlərin təlim – tərbiyəsi ilə 59 müəllim məşğul olur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib