Lənkəranın bu kəndində suya qurd düşür
Lənkəran rayonunun 10 mindən çox əhalisi olan Boladı kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Sakinlər içməli suyu maşınlarla pulla alırlar. Ən acınacaqlısı odur ki, sakinlər təsərrüfatlarında da məhz alınan sudan istifadə edirlər. Bəzi vətəndaşlar isə bu vəziyyətə dözməyərək, evlərini tərk etmək məcburiyyətində qalıblar. Rəsmilər, hələ sovetlər dövründən Boladı və ətraf kəndlərdə iyul - avqust aylarında su qıtlığının hiss olunduğunu bildirirlər. O, zaman Boladı çayı üzərində Boladı su anbarının və Veravul çayı üzərində su anbarının tikintisi nəzərdə tutulub. Bu da demək olar ki, həmin ərazilərin həm içməli, həm də suvarma suyu ilə təminatında böyük rol oynamalı idi. Ləmkəran rayonunun, o cümlədən Boladi kəndinin içməli və suvarma suyu ilə təminatında cavabdeh olan Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsindən isə problemlə bağlı bu cavabı ala bildik. Qeyd edək ki, artıq Boladi çayı üzərində Boladi su anbarının və Veravul çayı üzərində iri su anbarının layihəsi demək olar hazırdır. Yaxın gələcəkdə həmin işlər həyata keçiriləcək. Bu işlər həyata keçiriləcəyi təqdirdə kəndlərin su problemi öz həllini tapacaqdır.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi