Lənkəranda xüsusi əməliyyat
Lənkəranda 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-ni cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib. Faiq Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son vaxtlar keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər - Xəyal Rzayev, Cabir Qurbanov, Elsevər Qəmbərli, Ruslan Abıyev, Mahir Kazımov, Fariz Kazımzadə, Nicat Balayev, Rövşən Tağıyev, Elçin Qəribov, Ramin Nuriyev və Bəxtiyar Muradov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib