Lənkəranda uşaqlar niyə bağçaya gedə bilmir
Gördüyünüz bu bir mərtəbəli taxtadan ibarət olan Fin tipli bina Lənkəran rayonunun Liman şəhərindəki 3 saylı bağçanın binasıdır. Bağça 1960 – cı illərdən hazırkı binada fəaliyyət göstərir. Əvvəllər üç otaqdan ibarət olan bağça binası sonradan qəzalı olduğundan otaqlardan birinin fəaliyyəti dayanıb. Hazırda dəhlizin döşəməsi dağılıb, dam örtüyü yararsız haldadır. Bağçanın nə normal şəraiti var, nə də mavi yanacaqla təmin olunub. Uşaqlar üçün qidalar həyətdəki xüsusi anbarda saxlanılır. Bir neçə il bundan əvvəl bağçanın həyətində, yeni bağça binası tikilməsi üçün bünövrə qazılıb, tikinti işləri aparılıb. Sonradan naməlum səbəbdən həmin tikinti yarıda qalıb. Aidiyyəti qurumların nümayəndələri bağçaya baxış keçiriblər. Qeyd edək ki, hal – hazırda bağçada uşaqların təlim – tərbiyəsi ilə 3 tərbiyəçi məşğul olur. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi