Lənkəranda Ümumdünya Əhali Günü qeyd edilib
Lənkəranda 11 iyul - Ümumdünya Əhali Gününə həsr olunmuş konfrans keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, konfransda Ombudsman Elmira Süleymanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev və cənub bölgəsinin 9 rayonunun İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak edib. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanda indiyədək imzalanan əfv sərəncamları haqqında danışıb. O, Azərbaycanın qısa zamanda 11 amnistiya aktı, 65 əfv sərəncamı imzalanan yeganə ölkə olduğunu və nəticədə minlərlə insanın ailəsinə, cəmiyyətə qoşulduğunu deyib. Həmin insanların sosiallaşma problemlərinin aradan qalxması üçün işlərin görüldüyü vurğulanıb. Cəzaçəkmə müəssisəsindən buraxılmış insanların sığınacaqla, işlə təmin edilməsinin dövlət nəzarətində olduğu bildirilib. Ombudsman ona hər hansı qanun pozuntusu və ya təkliflə bağlı müraciət olunarsa, müraciətin mütləq şəkildə yazılı surətdə cavablandırıldığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."