Lənkəranda tələbəni görün kim öldürübmüş - APA TV
Prokurorluq Lənkəranda baş verən qətl barədə məlumat yayıb.
Lənkəran rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
19:20
990
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
978
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
985
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
425
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1244
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1143